VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

BAKU.WS Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupuna istinadən xəbər verir ki, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayonun Xoruzlu kəndi ərazisində karantin qaydalarına zidd olaraq müştərilərə yerində xidmət göstərən çayxana aşkar edilib. Həmin obyektin icarədarı Elbrus Həziyevin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.

BAKU.WS