Ötən il Azərbaycanda baş vermiş yanğın hadisələrinin sayı açıqlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində 2019-cu və 2020-ci illər ərzində təhqiqatı aparılmış yanğınların statistik göstəricilərinin müqayisəli təhlili aparılıb.
FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev BAKU.WS-ə bildirib.
“2020-ci il ərzində Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən əhali, müəssisə və təşkilatlarda aparılan profilaktiki və maarifləndirmə tədbirlərinin nəticəsi olaraq, insan tələfatı 4, xəsarət alanların sayı 113 fakt, yanğınların vahid statistik uçotuna daxil edilmiş yanğınların ümumi sayı 203, yaşayış sektorunda yanğınlar 157, ticarət obyektlərində 22, əkin sahələrində yanğınların sayının isə 14 fakt az qeydə alındığı müəyyən edilib”, - deyə qurum rəsmisi bildirib.
Oxşar xəbərlər
Ermənistanın mülki əhaliyə vurduğu ziyanla bağlı növbəti rəsmi məlumat
Fövqəladə Hallar Nazirliyi (FHN) Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində baş vermiş fəsadlarla bağlı həyata keçirdiyi əməliyyatlara dair məlumat y...
