Bacısı ilə münasibətdə olan şəxsi güllələdi - Azərbaycanda cinayət - FOTO

Bacısı ilə münasibətdə olan şəxsi güllələdi - Azərbaycanda cinayət - FOTO
Foto
Hadisə 5599

Yanvarın 9-u Ağstafa rayonunun Sadıxlı kəndində Taleh Süleymanov odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə saat 16:00 radələrində qeydə alınıb.

Bakı şəhər sakini, 29 yaşlı Ramil Mustafayev Ağstafanın Sadıxlı kənd sakini, həmyaşıdı Taleh Süleymanovu odlu silahdan açdığı atəş nəticəsində qətlə yetirib.

Mərhumun yaxınları bildirir ki, hadisəni törədən Ramil Mustafayevin bacısı 25 yaşlı İlahə Məmmədzadə mərhumla üç ildir münasibətdə olub. Lakin İlahənin ailəsi bu münasibətə qarşı olub.

"Gəldim ki, polislər hamısı gəliblər. Elədə mübahisə zad olmayıb. Bir dəfə qardaşı gəlib getmişdi. Qız da gəlmişdi. Özü də şirincə dolanırdılar, yaşayırdılar. Belə hadisənin olması hamımıza şübhəli qalır. Hadisə baş verən vaxt qız evdə olub. Nə səbəbdən olduğunu heç kim bilmir. Söz-söhbətimiz olmayıb. Qızı da aparıb getmişdilər. Bu gün də qəfil gəliblər, belə hadisə baş verib", - deyə mərhumun əmisi Yəhya Süleymanov bildirib.

Artıq prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla 29 yaşlı Ramil Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər