Sabirabadda karantin qaydalarını pozaraq fəaliyyət göstərən çayxana aşkarlanıb

Sabirabadda karantin qaydalarını pozaraq fəaliyyət göstərən çayxana aşkarlanıb
Hadisə 41

Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

BAKU.WS Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupuna istinadən xəbər verir ki, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkar edilib.

Çayxananın icarədarı və orada olanlardan 11 nəfər barəsində inzibati qaydada cərimələr tətbiq olunub.

Oxşar xəbərlər

Son xəbərlər