VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bakıda vətəndaşlarda silah və narkotik aşkar edilib. Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə,  Sabunçu qəsəbə sakinləri olan bir qrup vətəndaşdan narkotik vasitə və silah-sursat götürülüb. 

Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsi (RPİ ) və 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu qəsəbə sakinləri Namiq İbayevdən 2,7 qram, habelə ona məxsus "Mercedes” markalı avtomobilə baxış zamanı 120,2 qram heroin, həmçinin nömrəsi silinmiş "AKM” markalı silah və 22 ədəd patron, Kamil Quliyevdən 2,3 qram, eləcə də ona məxsus "VAZ-2104” markalı avtomobilə baxış zamanı 126 qram heroin, nömrəsi silinmiş "Naqan” tipli tapança və 4 ədəd patron, Orxan İbrahimovdan 148,14 qram marixuana və Namiq Həşimovdan 124,3 qram heroin götürülüb.

N.İbayevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 21-də Bakı şəhər sakini Nazim Ağayevə qarşı xuliqanlıq etməsi də müəyyən edilib.

Bununla yanaşı paytaxt sakini M.Məmmədovdan nömrəsi silinmiş "Makarov” markalı tapança və 3 ədəd patron götürülüb.  Bakı şəhər BPİ-nin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Məhərrəm Məmmədovdan nömrəsi silinmiş "Makarov” markalı tapança və 3 ədəd patron götürülüb.

Eyni zamanda əvvəllər məhkum olunmuş S.İsayevdən də silah-sursat götürülüb. Bakı şəhər BPİ-nin Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş Sultan İsayevdən "AKS” markalı silah, 25 ədəd patron və 1 ədəd patron  darağı götürülüb.
 
BAKU.WS