13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Aprelin 25-nə keçən gecə təmas xəttinin Tərtər-Ağdərə istiqamətində erməni tankına qarşı İsrail istehsalı olan "Spike" raketindən istifadə olunub.

BAKU.WS azvision.az-a istinadən bildirir ki, "Spike" tank əleyhinə idarə olunan (mənası "neştər" deməkdir) raketini İsrailin "Rafael" şirkəti istehsal edir. Bu raket NLOS sinfinə daxildir - yəni Non-Line Of Sight, - görünüş zonasından kənarda qalan uzaq hədəfləri dəqiqliklə vurmaq üçün nəzərdə tutulub. 1981-ci ildə İsrail ordusunun arsenalına daxil edilsə də, uzun müddət məxfi saxlanılıb. Bu raketin mövcudluğu yalnız 2010-cu ildə açıq bəyan edilib.

Raketdən ilk dəfə 2006-cı ildə Livanda gedən döyüşlər zamanı "Hizbullah"a qarşı istifadə olunub. Hazırda dünyanın 17 ölkəsi bu silaha sahibdir.

Hədəfi 95% dəqiqliklə vuran Spike NLOS raketinin çəkisi 75 kq, uzunluğu 1,5 metrdir. 25 kilometrə qədər olan hədəfləri vura bilir. Raketlərdə kumulyativ, yaxid fuqas tipli döyüş başlığından istifadə oluna bilər. 
 
Raket hədəfi avtonom şəkildə də vura bilir, operatorun nişan alması ilə də. İkinci halda raketin operator pultuna göndərdiyi videosiqnal əsasında qərar qəbul edilir. Operator artıq havada olan raketin uçuşunu korrektə edə bilər. 

Görünməyən hədəflərə zərbə endirmək üçün raketə əlavə informasiya daxil olmalıdır (məsələn, peykdən, yaxud dronlardan). 

Raketin bir neçə modifikasiyası (Spike-SR, Spike-MR, Spike-LR, Spike-ER), o cümlədən, çiyindən atəş açmaq üçün mini-variantı da var. Onlar çəkisi və qabaritləri az olsa da, atəş məsafləri də kiçikdir.
 
BAKU.WS