Starmer NATO-nun Baş katibi vəzifəsinə maraq göstərir
Tezliklə vəzifəsindən ayrılacaq Böyük Britaniyanın Baş naziri Kir Starmer NATO-nun Baş katibi vəzifəsinə namizədliyini irəli sürməyi düşünür.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə həftəlik "The Observer" qəzeti məlumat yayıb.
Britaniyalı siyasətçi bu vəzifəyə 2028-ci ildə, alyansın Baş katibi seçkiləri gələndə namizəd ola bilər.
NATO-nun Baş katibi vəzifəsini hazırda keçmiş Niderlandın Baş naziri Mark Rütte tutur.
Qəzet qeyd edir ki, Starmerin planları Böyük Britaniya hökumətindən uzunmüddətli və ardıcıl dəstək tələb edəcək. "The Observer" qəzeti Starmerin tərəfdarlarının fikrinə istinad edib və onlar onun namizədliyinin üstünlüklərini "G7"dəki həmkarları arasında yüksək nüfuza malik olması kimi qiymətləndiriblər.
Oxşar xəbərlər
Britaniyada istilər səbəbindən yeddi nəfər suda boğulub
Böyük Britaniyada həftəsonu anomal istilər səbəbindən iki nəfər - 15 yaşlı oğlan və 55 yaşlı qadın ölüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, cəmi bir hə...