"UFC Fight Night Baku": Rafael Fiziyev əsas döyüşdə nokautla qələbə qazandı
Bakıda keçirilən "UFC Fight Night Baku" turnirində gecənin əsas döyüşü baş tutub.
BAKU.WS xəbər verir ki, yüngül çəki dərəcəsində təmsilçimiz Rafael Fiziyev (70.76 kq) meksikalı Manuel Torreslə (70.76 kq) qarşılaşıb.
O, meksikalı rəqibini ikinci raundda nokaut edərək qalib gəlib.
Qeyd edək ki, daha əvvəl təmsilçimiz Tahir Abdullayev Braziliyadan olan rəqibi Ceferson Nasimentonu döyüşün üçüncü raundunda məğlub edib.
Digər təmsilçimiz Fərman Həsənov isə ABŞ-dən olan Erik Nolana hakimlərin yekdil qərarı nəticəsində qalib gəlib.
Üçüncü təmsilçimiz Nazim Sadıxov isə braziliyalı rəqibi Mateus Kamiloya ilk raundda nokautla uduzub.
Oxşar xəbərlər
Bakıda "UFC Fight Night" turniri başa çatdı
İyunun 27-də Bakıda Mütləq Döyüş Çempionatının (UFC) turniri keçirilib. Turnirin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Man...