SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Bakıda qətl törədilib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisə aprelin 25-də Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb. Orada yaşayan 78 yaşlı Lidiya Avşarovnanın üzərində döyülmə əlamətləri olan meyiti mənzilində tapılıb.
 
Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş L. Avşarovnanın oğlu 56 yaşlı oğlu İqor Avşarov tutulub.
 
BAKU.WS