12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Xəzər dənizində yanan Rusiyaya məxsus tankerin 11 nəfər heyət üzvündən 10 nəfər xilas olub, 1 nəfər - baş mexanik Kramcuk Andrey Vladimiroviç itkin düşüb.
 
 
BAKU.WS xəbər verir ki, hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi, Dövlət Dəniz Administrasiyasının və "Azərbaycan Dövlət Dəniz Gəmiçiliyi” QSC birgə məlumat yayıb.

Məlumata görə, 23 aprel tarixində saat 09:35-də Rusiya Federasiyası bayrağı altında üzən və Azərbaycanın Dübəndi limanından Türkmənistanın Alaca limanı istiqamətində yüksüz hərəkətdə olan "PALFLOT-2" tankerində sahildən təqribən 110 km məsafədə yanğın hadisəsinin baş verməsi barədə Dövlət Dəniz Administrasiyasının Milli Mərkəzinə "SOS” siqnalı daxil olub.

Təlimata uyğun olaraq, dərhal Azərbaycanın Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin müvafiq qüvvələri qəzanın nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb edilib. Hazırda Fövqəladə Hallar Nazirliyinin "Mİ-17-1V" və "KA-32" helikopterləri və "Vixr-5" gəmisi, Xəzər Dəniz Gəmiçiliyinə məxsus "Caspian Voyager”, "Caspian Protechtor”, "İslay” və "Jura” gəmiləri yanğının söndürülməsi əməliyyatını həyata keçirirlər.
 
BAKU.WS