VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
Neftçalada qətl hadisəsi baş verib.
 
Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Mirqurbanlı kəndində qeydə alınıb. Kənd sakini 1990-cı il təvəllüdlü Dadaş Cəfər oğlu Əliyev aralarında yaranan mübahisə zəminində qardaşı 1994-cü il təvəllüdlü  Fərid Cəfər oğlu Əliyevi ov tüfəngi ilə ürək nahiyəsindən vurub. 22 yaşlı gənc aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qardaşlar arasında bundan əvvəl də tez-tez mübahisə yarandığı bildirilir. Ancaq qətlin dəqiq səbəblərini hələlik müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. 

Qətli törədən 26 yaşlı Dadaş Əliyev tutularaq istintaqa cəlb edilib.
 
BAKU.WS