SİZİN REKLAM BURADA!
055 213 76 73


  

Bakıda yaşayan Elvin Nəbiyev Facebook-da 30 yaşlı qadınla tanış olub.

Səbail rayon Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, bir müddət həmin qadınla internet vasitəsilə danışan Elvin sonradan onun haqqında biabırçı videolar toplayıb.

Həmin biabırçı videoları internet vasitəsilə yayacağını deyən kişi qadından pul tələb edib. Elvin Nəbiyev bildirib ki, əgər həmin pulu verməsə qadının videolarını yaxınlarına göndərəcək və onu rüsvay edəcək. Qadın da onun barəsinə polisə şikayət edib. Polis əməliyyat təşkil edib.


Səbail rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Elvin Nəbiyev həmin qadından 10.000 manat tələb edərkən tutulub. Aktla bağlı araşdırmalara başlanılıb.

Ziya Səccad
BAKU.WS