SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ekvadorda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb, ən azı 588 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Ekvadorun Prezident Administrasiyasının "twitter" səhifəsində məlumat verilib.

"Hazırda ölənlərin sayı 77 nəfərə çatıb, 588 nəfər yaralanıb", — deyə məlumatda bildirilir.
 
Məlumatda bildirilir ki, Ekvador sahillərində 7,4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxtla 23:58-də qeydə alınıb. Zəlzələnin episentri Pedernales yaşayış məskənindən 14 km. şimal qərbdə qeydə alınıb. Zəlzələ ocağı isə 10 km. dərinlikdə yerləşib.
 
BAKU.WS