SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 

 

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlılar arasında dava olub. 
 
BAKU.WS-in məlumatına görə, hadisə şəhərin "Apraksin Dvor" ticarət mərkəzində qeydə alınıb. Azərbaycanlılar arasında dava zamanı 31, 28 və 32 yaşlı üç nəfərə bıçaqla xəsarət yetiriblər.

Yaralananlardan biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Digər iki nəfər isə Marinski xəstəxanasına yerləşdirilib. Yaralananlardan biri qarnından, digəri isə kürəyindən bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. 

Hadisə ilə bağlı cinayət işi açılıb. Polis hadisənin baş vermə səbəblərini araşdırır. 
 
ŞAHİN Həbibov
BAKU.WS