Bakıda kütləvi dava olub - Ölən və xəsarət alanlar var

24
okt
2020
23:34
Bakının Qaradağ rayonunda kütləvi dava düşüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Qobustan qəsəbəsində baş verib.
1970-ci il təvəllüdlü Nağıyev Valeh Mirağa oğlu kütləvi dava zamanı bıçaqlanıb. 1964-cü il təvəllüdlü Nağıyev Bəkir İsmayıl oğlu, 1991-ci il təvəllüdlü Nağıyev Cəmil Bəkir oğlu və 1996-cı il təvəllüdlü Nağıyev Abit Bakir oğlu dəmir boru vasitəsilə döyülüb.
Xəsarət alan 4 nəfər 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Gecə yarısı evə girib 16 yaşlı qızın saçından tutdu və ... Azərbaycanda zorlanma cinayəti
Ağdaş rayonunda yetkinlik yaşına çatmayan şəxsə qarşı cinayət törətməkdə təqsirli bilinən 1986-cı il təvəllüdlü İsmayıl İsayevin (ad və soyadlar şərti verilib –...
