Cəlilabadda yolu keçən qadını maşın vuraraq öldürüb

20
okt
2020
19:20
Cəlilabadda yolu keçən piyadanı avtomobil vuraraq öldürüb.
BAKU.WS Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, şəhər sakini Səbuhi Həsənov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən Uzuntəpə kənd sakini Səyyarə Şahmarovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Hacıqabulda dəhşətli gecə: eyni gündə üç nəfər öldü
Hacıqabul rayonunda ölümlə nəticələnən ard-arda üç yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən məlum...
