VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Abşeron rayonunda minik maşını yanacaqdoldurma məntəqəsində qəza törədib.

Baş Dövlət Yol Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, "Hyundai” markalı minik maşını yanacaqdoldurma məntəqəsində benzindoldurma aparatına çırpılıb. Qəza nəticəsində məntəqənin iki əməkdaşı və sürücünün yaralandığı bildirilir.

Hadisə Sumqayıt şəhərinin girəcəyindəki SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsində baş verib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisə şahidlərinin verdiyi məlumata görə, avtomobil 150-160 sürətlə hərəkət edirmiş. Həmin ərazidə isə minimal sürət həddini göstərən yol nişanı qoyulub. 

Faktla bağlı araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS