100 min manata yaxın dələduzluqda təqsirləndirilən qadına hökm oxunub
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Roza Qədirovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Roza Qədirova 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittihama görə, Roza Qasımova tanışı olan şəxsi oğlunun müalicəsini falçı vasitəsi ilə həll edəcəyini deyib. O bu məqsədlə ondan 96 min alaraq zərərçəkəni aldadıb. Zərərçəkənin şikayəti əsasında R. Qasımova saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.
Oxşar xəbərlər
İki uşaq anasını intim fotoları ilə şantaj etdi - Bakıda iyrənc hadisə
Bakıda qadını intim şəkilləri ilə şantaj etməkdə təqsirli bilinən İmişli rayon sakini, 1980-ci il təvəllüdlü Faiq Qasımovun (cinayət işində adı keçən şəxslərin...