10 yaşlı uşağı maşın vurdu
Yeniliklərdən dərhal xəbərdar olun
Beyləqan rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Dünyamalılar kəndi ərazisində qeydə alınıb.
Belə ki, Beyləqan rayon sakini Rasim Əhmədov idarə etdiyi "Mercedes" markalı avtomobil ilə yolu keçən 2015-ci il təvəllüdlü Adəm Rövşən oğlu Salahlını vurub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, azyaşlının vəziyyəti ağırdır:
"Oktyabrın 25-i saat 16:00-da Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2015-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona qapalı kəllə-beyin travması, komatoz vəziyyət diaqnozu təyin olunub.
Pasiyentin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir".
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....