10 yaşlı qız dəm qazından öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən axşam saatlarında Qəbələ rayonunun Zarağan kəndində yerləşən fərdi yaşayış evində 2012-ci il təvəllüdlü A.Rüstəmovanın dəm qazından zəhərlənərək ölməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, rayon polis, eləcə də prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.
İlkin ehtimala görə, hadisə uşağın vanna otağında olarkən dəm qazından zəhərlənməsi səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda 11-ci sinif şagirdi dəm qazından boğularaq ölüb - VİDEO
Saatlıda 11-ci sinif şagirdi vanna otağında olarkən dəm qazından boğulub. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün Saatlı şəhərinin Axundov küç...