10 manat rüşvət vermək istədi, 150 manat cərimələndi
Yeniliklərdən dərhal xəbərdar olun
Göygölün Toğanalı kəndində qurulmuş polis postunda insident baş verib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə DYP əməkdaşlarının Kəlbəcər ərazisinə girməyə çalışan betonqarışdıran maşının sürücüsü M.Əliyevin sənədlərini yoxlayan zaman qeydə alınıb.
Belə ki, polislər həmin vaxt maşında daha bir nəfərin olduğunu görüblər. Bildirilir ki, sürücü şəxsiyyət vəsiqəsini DYP əməkdaşına təqdim edən zaman əlinin içərisində 10 manat pulu polisə vermək istəyib. Sürücü pulu həmin şəxsin Kəlbəcərə buraxılması məqsədilə təklif edib.
Polis əməkdaşları M.Əliyevin təklifini geri çeviriblər, bu zaman sürücünün polisin qanuni tələbinə tabe olmadığı qeyd edilib.
Daha sonra vətəndaş polis bölməsinə dəvət olunub. Barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni əmruinə tabe olmama) ilə protokol tərtib edilib. Rayon Məhkəməsi protokol əsasında onu 150 manat cərimələyib.
Oxşar xəbərlər
Bakıda polisin ona tabe olmayan şəxsin maşınına atəş açması qanunidir? - YENİLƏNİB - ANBAAN VİDEO
“Şəxsin polisin qanuni tələbinə tabe olmaması Azərbaycan Respublikasının İnzibati Xətalar (İXM) Məcəlləsinin 535.1-ci maddəsinə görə məsuliyyət yaradır. Fiziki...