"07" aşdı bir azyaşlı öldü - yaralılar var

07 aşdı bir  azyaşlı öldü  - yaralılar var
Hadisə 294

Samux rayonunda 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumaya əsasən, hadisə rayonun Lüksemburq kəndində qeydə alınıb.

İlkin məlumata görə "VAZ 2107" markalı avtomobil idarə etmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan azyaşlı yerindəcə keçinib. Daha 3 nəfər ağır xəsarət alıb.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib. Onların vəziyyəti ağır qiymətləndirilir.

İlkin məlumata görə, qəza yüksək sürət səbəbindən baş verib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər