SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanlı K-1 döyüşçüsü, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Zabit Səmədov növbəti döyüşə çıxacaq.


BAKU.WS xəbər verir ki, məşhur döyüşçü dekabrın 2-də Belarusun paytaxtı Minsk şəhərində Rusiya Federasiyasının Çeçenistan Respublikasının “Axmat” klubunun təşkil etdiyi turnirdə yarışacaq.


Döyüş Zabit Səmədovla Rusiya təmsilçisi Yevgeni Orlov arasında olacaq.


Qeyd edək ki, həmin gün digər azərbaycanlı döyüşçü Elxan Əliyev də iştirak edəcək. O, mərakeşli Cihad Akipa ilə döyüşəcək.



Xatırladaq ki, Zabit Səmədov 26 yanvar 2007-ci ildə Fransada keçirilən K-1 Rules Kick Tournament 2007 in Marseilles 3 döyüş keçirir və sonuncu döyüşdə nokaut ilə qələbə qazanaraq K-1 Rules Kick Tournament 2007 in Marseilles in birincisi olur.


17 avqust 2007-ci ildə Las Vegasda keçirilən K-1 World GP-də pozitif nəticə göstərib. 26 aprel 2008-ci ildə Səmədov Niderlandda keçirilən K-1 World GP 2008 in Amsterdam-da iştirak edib


13 iyul 2008 ci ildə Səmədov k-1 in ən məşhur döyüşçülərindən biri olan (en:Ray Sefo ) ilə döyüşüb. Bu döyüş Səmədov üçün çox çətin keçib. Lakin o bu çətinliyin öhdəsindən gələrək qələbə qazanıb.


Zabit Səmədov bu ilin may ayında fransalı Freddi Kemayo ilə qarşılaşıb. Tərəflər "King of Kings" versiyası üzrə Avropa çempionu titulu uğrunda mübarizə aparıb. Böyük mübarizəyə səhnə olan görüş mayın 30-da Moskvada, “Crocus City Hall”da baş tutub. Qarşılaşmadan Zabit Səmədov qalib ayrılıb.


Ziya Babayev
BAKU.WS