Neft ixrac edən ölkələrin təşkilatı OPEC və təşkilata üzv olmayan ölkələr ABŞ prezidenti Donald Trampın istehsal artımı ilə bağlı çağırışına əhəmiyyət verməyib.

BAKU.WS-in məlumatına görə, bu vəziyyətdən sonra dünyada "qara qızıl" sürətlə bahalaşmağa başlayıb. 4 il sonra ilk dəfə neft qiyməti 82 dollar civarına yaxınlaşıb.


İranın sanksiya səbəbiylə istehsalı azaltmasından (2014-ci il) bəri neft qiymətləri ilk dəfə 100 dolları ötə bilər. Analitiklər hesab edir ki, ABŞ-ın neft ehtiyyatları göstəricisinin azalması da neftin qiymətini şərtləndirən amillərdəndir.  

Digər tərəfdən, ABŞ və Çin arasında ticarət müharibəsi qlobal iqtisadi artım tempinə mənfi təsir edə bilər və uzun müddətli enerji tələbatını azalda bilər. Ancaq ABŞ-ın bu cəhdi hələlik neftin qiymətinə ciddi təsir etmir. 

“Brent” markalı neftin qiymət tempi 

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,85 dollar bahalaşaraq 82,21 dollar təşkil edib. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,20 dollar bahalaşaraq 81,40 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,14 dollar artaraq 72,22 dollar olub.

Azərbaycanın İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov hesab edir ki, Azərbaycanın gündəlik neft ixracatın 641 min barrel olduğunu nəzərə aldıqda qiymətin 10 dollar atması konsursium daxil olmaqla ölkə üçün 6 milyon 410 min dollar gündəlik gəlir deməkdir:

 Azərbaycanın İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov

"Bu vəsaitdən xərc çıxalandan sonra qalan mənfəətin 75 faizi ölkəmizə çatır. Göründüyü kimi, neftin dünya bazar qiymətindəki artımlar Azərbaycan üçün əlavə valyuta daxil olmaları deməkdir.

Bununla belə, bu ilin noyabr ayı neft bazarı üçün əhəmiyyətli olacaq. Həmin ay ABŞ-da aralıq seçkilər keçirilir və bu seçim nəticəsi hətta Ağ Evdə belə dəyişikliklərə səbəb ola bolər. Digər tərəfdən isə, ABŞ noyabradək İrandan neft idxalını dayandırmayanlara sanksiya tətbiq etməyi planlaşdırır. Göründüyü kimi, dünya neft bazarında qlobal oyun qaydalarına yenidən dəyişikliklər edilir".

Şahin
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ