SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edib.

BAKU.WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX birjasında "Layt” markalı neftin bir barrelinin qiyməti 0,39 dollar bahalaşaraq 36,69 dollara yüksəlib.
 
Londonun İCE birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,40 dollar artaraq 39,82 dollar təşkil edib. 

"AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,22 dollar bahalaşaraq 40,57 dollara çatıb. 
 
Neftin qiymətinin bahalaşması ABŞ-da açıqlanan həftəlik neft ehtiyyatları statistikasının azalacağı ehtimalından sonra baş verib. Bununla yanaşı, Neft istehsal edən ölkələrin hasilatın dondurulması ilə bağlı verdiyi qərarlar "qara qızıl"ın dünya bazarında yenidən dəyər qazanmasına səbəb olub. 

BAKU.WS