SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünya birjalarında neftin qiyməti bahalaşıb.

BAKU.WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX birjasında "Layt” markalı neftin bir barrelinin qiyməti 0,53 dollar bahalaşaraq 39,89 dollara çatıb.
 
Londonun İCE birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,47 dollar artaraq 40,93 dollar təşkil edib. "AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə ötən həftənin sonunda 41,19 dollar təşkil edib.
 
Qeyd edək ki, neft, ABŞ-da aktiv neft qazma quyusu sayının yenidən azalması və "qara qızıla" olan tələbatın artması fonunda son üç gündə ilk dəfə bahalaşıb.
 
BAKU.WS