VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dünya birjalarında neftin qiyməti sürətlə bahalaşmaqda davam edir.

BAKU.WS-in məlumatına görə, Orta Şərqdə baş verən hadisələr, Venesuelada neft hasilatı ilə əlaqədar narahatlıq fonunda "qara qızıl"ın qiyməti rekord səviyyədə yüksəlib. 

Qeyd edək ki, sonuncu dəfə neft 2014-cü ilin dekabr ayında 80 dollar civarında olub. 

Azərbaycan nefti isə dünya bazarında 80 dollar bariyerini keçib. Hazırda “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 1,42 dollar (1,78%) artaraq 81,32 dollar/barelə çatıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 71,95 dollar təşkil edir.



ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 79,08 dollar təşkil edib.


Mütəxəssislər hesab edir ki, indiki vəziyyət neftin qiymətinin bahalaşmasına zəmin yaradır. Əgər vəziyyət bu cür davam edərsə neftin qiyməti gələcək günlərdə bir az da bahalaşacaq.

BAKU.WS