VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi qaydası müəyyən edilib. 

BAKU.WS-in məlumatına görə, Fondun vəsaiti qrant müsabiqələri əsasında gənclər siyasəti sahəsində proqram və layihələrin, sosial müdafiəyə xüsusi ehtiyacı olan gənclərin təhsil aldıqları müddətdə təhsil xərclərinin, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin və beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakının, əmək bazarına daxil olmaqda çətinlik çəkən gənclərin əməkhaqlarının 12 (on iki) aydan çox olmayan müddətdə qismən maliyyələşdirilməsinə və innovativ (startap) layihələrin maliyyələşdirilməsi üçün güzəştli kreditlərin ayrılmasına, habelə Fondun Nizamnaməsində nəzərdə tutulmuş digər istiqamətlərə yönəldilir.

Fondun vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə edilir:

16–29 yaşlarında olan Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra – gənclər) təqdim etdikləri innovativ (startap) layihələrin maliyyələşdirilməsi üçün Fondun vəsaiti (qrantlar istisna olmaqla) hesabına müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra – müvəkkil kredit təşkilatı) vasitəsilə güzəştli kreditlərin ayrılması;

gənclər və gənclər təşkilatlarının gənclər siyasəti ilə bağlı proqram və layihələrinin qrant müsabiqəsi əsasında maliyyələşdirilməsi;

sosial müdafiəyə xüsusi ehtiyacı olub təhsil alan gənclərin təhsil müddətində təhsil xərclərinin ödənilməsi;

gənclərin məşğulluğunu təmin etmək, eləcə də işə düzəlməkdə çətinlik çəkən gənclər üçün əlavə iş yerləri yaradan işəgötürənləri həvəsləndirmək məqsədi ilə işəgötürənlə bağlanmış razılaşma müqaviləsinə uyğun olaraq, gənclərin işə cəlb edilməsini nəzərdə tutan layihələr çərçivəsində gənclərə ödəniləcək əməkhaqqının 12 (on iki) aydan çox olmayan müddət ərzində Fondun vəsaiti hesabına qismən maliyyələşdirilməsi;

ixtisas və təhsil proqramlarına ölkənin ehtiyacları nəzərə alınmaqla, gənclərin xarici ölkələrin ali təhsil müəssisələrində təhsilinin və beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakının maliyyələşdirilməsi;

Güzəştli kreditlərin ayrılması və onlardan istifadə edilməsi

Fondun vəsaiti hesabına güzəştli kredit almaq üçün gənclər müvəkkil kredit təşkilatına ərizə ilə müraciət edirlər.

Müvəkkil kredit təşkilatı gənclərin müraciətlərini qeydiyyata alır və müraciətin qeydiyyata alınmasını təsdiq edən sənədi onlara təqdim edir.

Müvəkkil kredit təşkilatı 10 (on) bank günündən gec olmayaraq, öz biznes maraqlarına və Şuranın müəyyən etdiyi innovativ (startap) layihələrinin tərtib olunmasına dair minimal tələblərə və qiymətləndirmə meyarlarına əsaslanaraq, təqdim olunmuş layihələri təhlil edərək müsbət qiymətləndirdiyi layihələrə dair məlumatları və sənədləri Fonda təqdim edir.

Güzəştli kredit almaq üçün təqdim olunmuş layihə mənfi qiymətləndirildiyi halda, müvəkkil kredit təşkilatı həmin layihəni təqdim etmiş şəxsə 3 (üç) bank günü müddətində əsaslandırılmış imtina məktubu təqdim etməlidir.

Fond 10 (on) bank günü müddətində Fondun vəsaiti hesabına maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekspertizadan keçirir və Şuranın müəyyən etdiyi qaydada müvəkkil kredit təşkilatlarının təqdim etdiyi layihələrin ilkin monitorinqini həyata keçirir.

Ekspertizanın nəticəsindən asılı olaraq, Fond müraciətlərin təmin olunması və ya onlardan imtina edilməsi barədə qərar qəbul edir və bu barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir.

Müvəkkil kredit təşkilatı müraciətin təmin olunması barədə Fondun müsbət qərarına əsasən gənclərə güzəştli kreditin ayrılmasına dair qərar qəbul edir.

Güzəştli kredit almaq üçün müraciət etmiş şəxslə kredit müqaviləsi bağlandıqdan sonra müvəkkil kredit təşkilatı kredit vəsaitinin ayrılması barədə Fonda sifariş göndərir və Fond 3 (üç) bank günü ərzində vəsaitin müvəkkil kredit təşkilatına ayrılmasını təmin edir.

Fondun ayırdığı vəsait müvəkkil kredit təşkilatının müxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 2 (iki) bank günü ərzində vəsaiti güzəştli kredit almaq üçün müraciət etmiş şəxsin hesabına köçürür və bu barədə Fonda və həmin şəxsə məlumat verir.

Müvəkkil kredit təşkilatı hər rüb bitdikdən sonra növbəti ayın ilk 5 (beş) bank günündən gec olmayaraq, güzəştli kredit almaq üçün müraciət etmiş şəxslər barədə Fonda məlumat verməlidir.

Bu Qaydanın 4.3-cü bəndinə uyğun olaraq müvəkkil kredit təşkilatının müsbət qiymətləndirdiyi layihələrə dair məlumatların və sənədlərin, eləcə də bu Qaydanın 4.10-cu bəndində nəzərdə tutulan məlumatların siyahısını Fond müəyyən edir.

Fondun vəsaitindən aşağıdakı hədlərdə güzəştli kredit vəsaiti verilir:

1 000 manatdan 10 000 manatadək - kiçikhəcmli kreditlər;

10 001 manatdan 25 000 manatadək - ortahəcmli kreditlər;

25 001 manatdan 50 000 manatadək - böyükhəcmli kreditlər.

Fondun güzəştli kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilir:

kiçikhəcmli kreditlər üçün - 1 (bir) ilədək;

ortahəcmli kreditlər üçün - 3 (üç) ilədək;

böyükhəcmli kreditlər üçün - 5 (beş) ilədək.


Fondun kreditlərinin illik faiz dərəcəsi 1 faiz müəyyən edilir.

Müvəkkil kredit təşkilatının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsi 4 faizdən artıq olmamaq şərti ilə, ümumilikdə güzəştli kreditlərin illik faiz dərəcəsi 5 faizədək müəyyən edilir.

Fond cari il üzrə hər bir müvəkkil kredit təşkilatı üçün kredit xəttini onun sifarişi əsasında müəyyən edir və kredit vəsaitini layihənin icra tələbindən asılı olaraq tam və ya mərhələli şəkildə ayırır.

Kreditgötürənin güzəştli kredit üzrə əsas borcu və hesablanmış faizləri qaytarması

Müvəkkil kredit təşkilatı kreditgötürənin güzəştli kredit üzrə ödədiyi əsas borcu və hesablanmış faizləri 3 (üç) bank günündən gec olmayaraq Fondun xəzinə hesabına köçürməlidir.

Müvəkkil kredit təşkilatı kreditgötürənin güzəştli kredit üzrə ödədiyi əsas borcun və hesablanmış faizlərin Fondun xəzinə hesabına köçürülməsini 30 (otuz) bank günündən çox gecikdirdikdə, Fond müvəkkil kredit təşkilatına yeni vəsaitin ayrılmasını dayandırır və ya müvəkkil kredit təşkilatı kimi onun xidmətindən imtina edir.

Fond kreditgötürənin güzəştli kredit üzrə əsas borcu və hesablanmış faizləri müvəkkil kredit təşkilatına ödəmə müddəti ilə müvəkkil kredit təşkilatının həmin vəsaiti Fonda köçürməsi müddətinin üzləşməsini aparmaq və ya bunun üçün Nəzarət Palatasına müraciət etmək hüququna malikdir.

Fond bu Qaydanın 5.3-cü bəndinə uyğun olaraq Nəzarət Palatasına müraciət etdikdə, Nəzarət Palatası fəaliyyət istiqamətinə uyğun olaraq müvəkkil kredit təşkilatında yoxlama apararkən bu məsələni də araşdırır və nəticəsi barədə Fonda məlumat verir.

Kreditgötürənin güzəştli kredit üzrə əsas borcu və hesablanmış faizləri qaytarmaması və ya gecikdirməsi müvəkkil kredit təşkilatını Fond qarşısındakı öhdəliklərdən azad etmir.

BAKU.WS