055 213 76 73
Azərbaycanda "donuz qripi” (A/H1 N1-red.) ilə bağlı hər hansı şübhəli hal qeydə alınmayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, "donuz qripi” təhlükəsinə görə Səhiyyə Nazirliyinin aidiyyəti qurumlarına hər hansı bir müraciət daxil olmayıb.
Hazırda Dövlət Gömrük Komitəsinin tabeliyində olan sanitar-karantin şöbələrində ölkəyə daxil olan əcnəbilərin, habelə Azərbaycan vətəndaşlarının üzərində daimi nəzarət həyata keçirilir.
Qeyd edək ki, İranda "donuz qripi” epidemiyası nəticəsində 33 nəfər ölüb.
Ziya Səccad
BAKU.WS