VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Donetskdə döyüşlər yenidən başlayıb.
 
BAKU.WS-in məlumatına görə, Ukrayna tərəfi Avdeyevkadanın qradlarla vurulduğunu bildirir. Döyüşlər səhər saatlarından başlayıb. Avdeyevkada yaşayış yerlərinə 160 raket mərmisi ilə zərbələr endirilib. 

Hərbçilər vurğulayır ki, atəş davam edir, qarşı tərəf barışığa məhəl qoymur. Qızğın döyüşlər zamanı separatçıların dəstəsindən 15 hərbçi ölüb, 24-ü yaralanıb. Ukrayna ordusundan isə 4 hərbçi ölüb, 9-u yaralanıb. 4 mülki şəxs də döyüşlər zamanı həlak olub. İlkin məlumata görə, döyüş gedən əraziyə yaxın olan xəstəxanalara meyitlər daşınır. 
 
BAKU.WS