SİZİN REKLAM BURADA!
055 213 76 73



Son günlər bütün nəzərlər ABŞ-ın yeni prezidenti Donalt Trampla  yanaşı, həm də onun Amerika tarixində ən gözəl qadın iddia edildiyi  xanımı Melaniya Tramp üzərindədir.

Görəsən, digər ölkə başçılarının xanımları da gözəllikdə onunla yarışa bilərlərmi? 

BAKU.WS Rusiya mətbiatına istinadən dünyanın ən gözəl yeddi birinci xanımının siyahısını təqdim edir:


Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 


Siyahıda birinci xanımlar sırasında Azərbaycan prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyeva var. Mehriban Əliyeva gözəl birinci xanım olmaqla yanaşı, həm də Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiridir.
 

İordaniya kraliçası Raniya Al-Abdulla
 
Raniya Al-Abdulla artıq 17 ildir ki, İordaniya kraliçasıdır. Amma bu gözəl, eyni zamanda zövqlə, dəbli geyinən, həmçinin qızıldan ayaqqabı geyinməyi sevən bu xanımın 46 yaşının olmağıma inanmaq çətindir. Yeri gəlmişkən, İordaniya kraliçası həm də 4 uşaq anasıdır.
Raniya ərəb qadınlarının bütün stereotiplərini qıraraq, tədbirlərdə dar cinslərdə görünür, qısa ətəklər və hündürdaban ayaqqabılar geyinir. Bundan başqa o, "Instagram” istifadəçisidir və izləyiciləri ilə sıx ünsiyyətdə olur. Onu "İnstagram” da izləyənlərin sayı isə 2,5 milyondur.
 

Monako şahzadəsi Şarlen Uittstok
 
Monako şahzadəsi II Albertin xanımı Şarlen Uittstok da dünyanın ən gözəl birinci xanımı sırasındadır. Əslən Cənubi Afrika respublikasından olan Şarlen Uitstok şahzadə ilə ailə qurana qədər peşəkar üzgüçü olub və Avstraliyanın Sidney şəhərində keçirilmiş Olimpiya Oyunlarında da çıxış edib. O, şahzadə Albertlə 2000-ci ildə Monakodakı üzgüçülük yarışında qalib gələndən sonra tanış olub. Şahzadə Albert və Şarlen 2011-ci ilin iyulun 2-də ailə qurublar.
 

Fransanın keçmiş birinci xanımı Karla Bruni
 
Karla Bruni- o, İtaliya mənşəli top-model və müğənnidir. Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin üçüncü arvadıdır.
 

"Sadəcə Mariya” serialının aktrisası, birinci xanım Anxelika Rivera
 
Anxelika Rivera - aktrisa, Meksika seriallarının ulduzu olan bu xanımın real həyatı da ekranlarda olduğu kimi dəyişir. Anxelika Rivera 2010-cu ildə Mexiko şəhərinin qubernatoru Enrike Penyu Netoya ərə gedir və həyat yoldaşı iki il sonra ölkə prezidenti postunu tutur. Cütlük birlikdə hər birinin keçmiş nikahdan üçü olmaqla altı uşaq tərbiyə edirlər. Anxelika Rivera - Meksika prezidenti Enrike Penyu Netanın həyat yoldaşıdır. Həmçinin dünyanın ən gözəl birinci xanımlarından sayılır. Onu azərbaycanlı tamaşaçılar "Sadəcə Mariya” serialından çox yaxşı tanıyırlar.
 

Gözəl gözlü Letisiya Ortis Rokasolano
 
Teleaparıcı Letisiya Ortis Rokasolano şahzadə titulunu gözəl gözləri sayəsində qazanıb. Qızın anası tibb bacısı, atası isə taksi sürücüsü işləyib. Belə bir fikir irəli sürülür ki, İspaniya taxt-tacının vəliəhdi şahzadə Felipe jurnalistlə şam yeməyi dəvətində tanış olur və ilk baxışdan vurulur. Baxmayaraq ki, jurnalistin keçmiş nikahı uğursuz alınmışdı, kral ailəsi onu buna görə qınamır. Məktəb müəllimi olan ilk əri ilə kilsə nikahı olmadığına görə, katolik kilsəsi şahzadə ilə onların evliliyinə mane olmur. 2004-cü ildə "Zoluşka” nağılı reallaşır. Belə ki, Madriddə təmtəraqlı toy mərasimi keçirilir və Letisiya krallığın əlahəzrət dilbəri adına layiq görülür.
Bu yaxınlarda kral Xuan Karlos I taxt-tacdan imtina edir, tacını və səltənətini oğluna, kraliça titulunu isə - şahzadə Letisiyaya təqdim edir. Yeri gəlmişkən, Felipe və Letisiya nikahdan 10 il sonra hələ də bir-birinə qarşı olduqca diqqətlidirlər.
 

ABŞ-ın "first lady”si Melaniya Tramp
 
Bu günlərdə ABŞ-da keçirilən prezident seçkilərinin son hesablamalarına görə qalib Respublikaçılar partiyasından namizəd Donlad Tramp oldu. Onu da deyək ki, ölkənin yeni prezidenti ilə bərabər birinci xanımı da gündəmdədir. Yeni "first lady” model, zinət əşyaları və saat istehsalı ilə məşğul olan Melania Trampdır. Sloveniyada anadan olan 46 yaşlı Melania Donaldla 2005-ci ildən evlidir. Bu nikahdan cütlüyün bir övladı var.
 
Aysel.Ş
BAKU.WS