SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq.

Havanın temperaturu  gecə 21-24° isti, gündüz  28-31° isti, Bakıda gecə 22-24° isti, gündüz  29-31°  isti  təşkil edəcək.

Atmosfer  təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 %  olacaq.  

Abşeron çimərliklərində gözlənilən  hava şəraitinə gəlincə, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-25° isti təşkil edəcək. 

Avqustun 12-də Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı,  arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz  30-35° isti, dağlarda gecə 14-19° isti,  gündüz  21-26°  isti təşkil edəcək.
BAKU.WS