Növbəti iki günün hava şəraiti açıqlanıb
05
iyn
2024
13:05
İyunun 6-7-də Azərbaycanda müşahidə ediləcək maksimal temperatur açıqlanıb.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sözügedən tarixlərdə havanın maksimal temperaturunun 31-36°, bəzi yerlərdə 38° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə havanın maksimal temperaturunun Naxçıvan MR və aran rayonlarında 35-38°, bəzi yerlərdə 40°isti, dağlıq rayonlarda 20-25°, bəzi yerlərdə 28-30° isti olacağı gözlənilir.
Oxşar xəbərlər
Azərbaycanda iyun ayının hava proqnozu açıqlanıb
Milli Hidrometeorologiya Xidməti Azərbaycanda iyun ayının hava proqnozunu açıqlayıb. Bu barədə BAKU.WS-ə qurumdan məlumat verilib. Bildirilib ki, iyun ayında...