Şahdağda 52 sm qar yağıb - FAKTİKİ HAVA
Martın 27-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında da gecə saatlarında qısamüddətli yağış yağıb.
Martın 26-sı gün ərzində müşahidə olunan güclü şimal-qərb küləyi səhər saatlarında mülayimləşib.
Qar örtüyünün hündürlüyü Şahdağda 52 sm, Daşkəsəndə 11 sm, Lerikdə 6 sm, Gədəbəydə 3 sm olub.
Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Şahdağda qar, Şahbuz, Astara, Tovuz, Ağstafa, Yardımlı, Ordubad, Lənkəran, Gəncə, Sədərək, Şəmkir, Qusar, Beyləqan, Naxçıvan, Naftalan, Ceyrançöl, Zaqatala, Şəki, Quba, Bərdə, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Şabran, Altıağac, Quba, Biləsuvar, Culfa, Bakıda və Abşeron yarımadasında yağış yağıb.
Qrız, Şahdağ, Lerik, Yardımlı, Daşkəsən, Göygöl, Qax, Quba, Sumqayıtda duman müşahidə olunub.
Məlumatda qeyd edilib ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 0-5 dərəcə isti (dağlarda 4 dərəcəyədək isti), Aran rayonlarında 5-9 dərəcə isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta olub.
Oxşar xəbərlər
Şahdağa 54 sm qar yağıb - FAKTİKİ HAVA
Martın 26-sı saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, dağlıq rayonlarda qar yağıb. Bu barədə Milli Hidrometeorologiy...