ETSN: Bakı, Abşeronda və bölgələrdəki dumanlı hava şəraiti martın 25-dək davam edəcək

ETSN: Bakı, Abşeronda və bölgələrdəki dumanlı hava şəraiti martın 25-dək davam edəcək
Sosial 7

Hazırda Bakıda və Abşeron yarımadasında və bölgələrdə dumanlı hava şəraiti müşahidə olunur.

Bu barədə BAKU.WS-ə ETSN yanında Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilir ki, duman ilin keçid dövrləri üçün xarakterik olan və sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.

Bakı, Sumqayıt, Neft daşları, Pirallahı, Daşkəsən, Altıağac, Xaltan, Lerik, Astara, Qusarda duman müşahidə olunur. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Dumanlı hava şəraitinin səbəbi nisbətən isti hava kütləsinin soyuq səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır.

Dumanlı hava şəraiti martın 25-i səhərədək davam edəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Dumanlı hava şəraiti fevralın 15-dək davam edəcək

Dumanlı hava şəraiti fevralın 15-dək davam edəcək

Dumanlı hava şəraiti fevralın 15-dək davam edəcək. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumatına görə, ölkə ərazisində müşahidə olunan duman...

4 Sosial 11:36 13 fevral 2024

Son xəbərlər