Bu rayonlara qar yağır - VİDEO
08
mar
2024
16:10
Martın 8-i saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Neftçala, Astarada yağış, Sarıbaş (Qax), Qusar, Şahdağda isə qar yağır.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 6, Naxçıvan MR-də 7-11, Aran rayonlarında 10-15, dağlıq rayonlarda 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxta qeydə alınıb.
Oxşar xəbərlər
Fevral ayının hava proqnozu açıqlanıb
Fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Milli Hidrometeorologiya...