Azərbaycanın bu ərazilərinə qar yağıb
05
yan
2024
19:15
Yanvarın 5-i saat 17:00-a olan məlumatına əsasən Şahbuz, Naxçıvan, Gədəbəy, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Şəki, Zaqatala, Oğuz, Balakəndə arabir yağış, Şahdağ, Sarıbaşda (Qax) qar yağıb.
Bu barədə BAKU.WS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-15 dərəcə isti, Naxçıvan MR-da 7-12 dərəcə isti, aran rayonlarında 12-15 dərəcə isti, dağlıq rayonlarda isə 5 dərəcəyədək isti qeydə alınıb.
Oxşar xəbərlər
Yanvar ayında nə qədər şaxta olacaq?
Yanvarda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Bu barədə BAKU.WS-ə Ekologiya...