XƏBƏRDARLIQ! - Yağış və qar yağacaq, hava kəskin pisləşir - Bu tarixdən

XƏBƏRDARLIQ! - Yağış və qar yağacaq, hava kəskin pisləşir  - Bu tarixdən
Sosial 16

Bakıda və Abşeron yarımadasında dekabrın 12-dən 14-ü səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var.

Şimal-şərq küləyi 12-si gündüz arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enərək, gecə saatlarında 3-6 dərəcə isti, gündüz saatlarında 6-9 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında dekabrın 11-i axşamdan 14-ü gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan MR, Mərkəzi-Aran, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə aşağı enərək, aran rayonlarında gecə 1-6 dərəcə, gündüz 11 dərəcəyədək isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 şaxta olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Noyabr ayının hava proqnozu açıqlandı

Noyabr ayının hava proqnozu açıqlandı

Noyabr ayında gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə...

26 Sosial 16:54 31 oktyabr 2023

Son xəbərlər