SİZİN REKLAM BURADA!
055 213 76 73


İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Samur–Yalama milli parkında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Aprelin 8-də axşamdan tədricən kəsiləcək, 9-da əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 °isti, gündüz 12-16° isti olacaq.

Altıağac milli parkında az yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Arabir duman olacaq.
Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 10-14° isti olacaq.

Ağgöl milli parkında hava şəraitinin sabit, əsasan yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq.
Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 13-16° isti olacaq.

Qızılağac milli parkında hava şəraitinin mülayim, sabit, əsasan yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 14-18° isti olacaq.

Göygöl milli parkında havanın yağıntılı olacağı gözlənilir. Aprelin 8-də axşam, 9-da əsasən yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 10-13° isti olacaq.

Şirvan milli parkında hava şəraitinin mülayim, sabit, əsasan yağmursuz keçəcəyi gözlənilir. Lakin Aprelin 8-də gündüz az çiskinli olacaq. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 18-20° isti olacaq.

Hirkan milli parkında hava şəraitinin mülayim, sabit, əsasan yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 14-18° isti olacaq.

BAKU.WS