VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda və Abşeron yarımadasında sentyabrın 16-sı axşamdan 17-si günün ikinci yarısınadək şimal-qərb küləyi əsəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, küləyin 15-18 m/s, arabir 20 m/s, gecə və səhər arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında isə sentyabrın 17-si səhərdən 18-i gündüzədək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

Sentyabrın 16-sı axşam və 17-də qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

BAKU.WS