Cavanşir Paşazadə: "Pay torpaqlarında tikilən evlərlə bağlı problem var"

Cavanşir Paşazadə: Pay torpaqlarında tikilən evlərlə bağlı problem var
Sosial 95

"Qısamüddətli və uzunmüddətli icarəyə verilən torpaqlardan istifadə, pay torpaqlarında ev tikilməsi kimi məsələlərin müzakirəsinə ehtiyac var".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu deputat Cavanşir Paşazadə Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında deyib.

O bildirib ki, vərəsəliklə bağlı da çox sayda işlər məhkəmələrdədir:

"Pay torpaqlarında evlər tikilib. Bu, böyük problemlər yaradır. Valideyn 30 il qabaq pay torpağı alıb, orada ev tikib, indi valideyn yoxdur. Bu evlərin yeri düz gəlmir. Vərəsələr bunu bölə bilmirlər, problemlər yaranır".

This news edited with AI

Latest News