SİZİN REKLAM BURADA!
055 213 76 73


İyunun 24-dən start verilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 47 mindən çox namizəd elektron qeydiyyatdan keçib.

Bu barədə Təhsil Nazirliyindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, onlardan 44 mindən çox namizəd isə elektron ərizəsini təsdiqləyib.

Müsabiqəyə elektron sənəd qəbulu iyulun 3-də başa çatacaq.

Elektron ərizəsi yoxlanılaraq qəbul edilmiş namizədlər test imtahanı mərhələsində iştirak hüququ qazanacaq.
BAKU.WS