13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


Azərbaycanlı gənc imkansız ailənin övladının universitetdə təhsil alması üçün hazırlıq pulunu öz öhdəsinə götürüb.

BAKU.WS-in məlumatına görə, imkansız ailələrə yardım etməyin insanlıq borcu olduğunu deyən Elvin Rəcəbli bu barədə social şəbəkələrdə paylaşım edib.

“Bu il də davamlı olaraq imkansız ailənin bir uşağını (qız və ya oğlan) 10-cu sinif şagirdini öz öhdəmizə götürüb 2 il boyunca (10-11-ci siniflər) 5 fənn üzrə hazırlığa qoyub universitetə daxil olmasına kömək edəcəyik. Belə imkansız ailənin uşağını kim tanıyırsa, mənə desin bu həftə. 2 il boyunca uşağın bütün xərclərini qarşılayacağıq”, - deyə Elvin Rəcəbli qeyd edib.

O həmçinin telefon nömrəsini də yazıb. İmkansız ailələri tanıyan şəxslər 055 881 66 13 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Şərtlər isə belədir.
1. Valideynlərindən biri olmasın və ya xəstə olsun
2. İmkansız ailə olsun
3. Uşağın oxuma potensialı, həvəsi olsun
4. Bakıda qalsın
5. 10-cu sinif şagirdi olsun
6. Uşaq imtahan nəticəsində qəbul ediləcək.

BAKU.WS