İmkansız ailələrin nəzərinə: Övladınız universitetə pulsuz hazırlaşa bilər
15
sen
2017
09:48
Azərbaycanlı gənc imkansız ailənin övladının universitetdə təhsil alması üçün hazırlıq pulunu öz öhdəsinə götürüb.BAKU.WS-in məlumatına görə, imkansız ailələrə yardım etməyin insanlıq borcu olduğunu deyən Elvin Rəcəbli bu barədə social şəbəkələrdə paylaşım edib.“Bu il də davamlı olaraq imkansız ailənin bir uşağını (qız və ya oğlan) 10-cu sinif şagirdini öz öhdəmizə götürüb 2 il boyunca (10-11-ci siniflər) 5 fənn üzrə hazırlığa qoyub universitetə daxil olmasına kömək edəcəyik. Belə imkansız ailənin uşağını kim tanıyırsa, mənə desin bu həftə. 2 il boyunca uşağın bütün xərclərini qarşılayacağıq”, - deyə Elvin Rəcəbli qeyd edib.O həmçinin telefon nömrəsini də yazıb. İmkansız ailələri tanıyan şəxslər 055 881 66 13 nömrəsi ilə əlaqə saxlaya bilərlər.Şərtlər isə belədir.1. Valideynlərindən biri olmasın və ya xəstə olsun2. İmkansız ailə olsun3. Uşağın oxuma potensialı, həvəsi olsun4. Bakıda qalsın5. 10-cu sinif şagirdi olsun6. Uşaq imtahan nəticəsində qəbul ediləcək.BAKU.WS
Oxşar xəbərlər
Qəbul imtahanında 650 bal toplayan qız təhsil ala bilməyəcək
Zərdab rayonunda ali məktəblərə qəbul imtahanından 650 bal toplayaraq hüquq fakültəsinə daxil olan tələbənin sevinci kədərə çevrilib. BAKU.WS AzNews.az-a istin...