SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Nəsimi rayonunda yerləşən 211 saylı tam-orta məktəbdə dərsə gecikən şagirdlərə qeyri-adi cəza növü verilir.

Bu barədə məktəbdə təhsil alan şagirdlərin valideynləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilib ki, hər səhər dərsə gecikən şagirdlər məktəbin həyətinə düzülür. Sonra onlar həyətdə dövrə vuraraq qaçırlar.

Bu hadisəni əks etdirən görüntülər valideynlərdən biri tərəfindən çəkilib.

Məsələyə aydınlıq gətirmək üçün məktəblə əlaqə saxladıq. Təhsil ocağından məsələyə münasibət bildirmək istəmədilər.

Bakı Şəhər Təhsil İdarəsindən isə BAKU.WS-ə bildirildi ki, valideynlərin narazılığına səbəb olan iddialarla bağlı məktəb rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Banu Hüseynli
BAKU.WS
VİDEO