Mikayıl Cabbarov: "Azərbaycanda süni intellekt üzrə yol xəritəsi tərtib edilib" - FOTO

01
fev
2023
11:56
Azərbaycanda süni intellekt üzrə Milli Strategiyanın hazırlanması üçün yol xəritəsi tərtib edilib.
BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında yazıb.
"Bu, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə Dünya İqtisadi Forumunun Süni intellekt və maşın öyrənməsi platforması arasında əməkdaşlıq çərçivəsində baş tutub. Rəqəmsallaşma və müasir texnoloji həllərin tətbiqi ölkəmizin iqtisadi potensialından daha səmərəli istifadə etməyə imkan verəcək", - deyə M.Cabbarov bildirib.

Oxşar xəbərlər
VI sinif tarix dərsliyində 56 qüsur və səhv tapıldı, komissiya yaradıldı
AMEA Tarix İnstitutunda 2021/2022-ci tədris ilində ölkənin dövlət ümumtəhsil müəssisələrinin şagirdləri üçün yeni və təkmilləşdirilmiş dərslik komplektlərinə (d...
