Bu il 165 min uşaq 1-ci sinfə gedəcək
Ölkədə yüksək demoqrafik vəziyyət nəticəsində son illər I sinfə gələn şagirdlərin sayında əhəmiyyətli artım müşahidə olunur. Belə ki, 2013-cü ildə I sinif şagirdlərinin sayı 138 min olmuşdusa, 2014-cü ildə bu göstərici 152 min, 2015-ci ildə 157 mindən çox olub. 2016-cı ildə isə bu rəqəmin 165 mindən çox olacağı proqnozlaşdırılır.
Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.
Nazirin sözlərinə görə, ümumilikdə növbəti 5 ildə ölkə məktəblərində təhsil alan şagirdlərin sayı 30% artacaq: "Bu isə öz növbəsində təhsilin dayanıqlı fəaliyyətinin təmin edilməsi üçün yeni yanaşmaların tətbiqini zəruri edir. Ümumi təhsilin müəyyən mərhələsində şagirdlərin təhsildəki göstəricilərinə görə müxtəlif kateqoriyalara ayrılmasını tələb edir. Bu baxımdan ilk peşə ixtisas təhsilinin əhəmiyyəti daha da artır. Bir sıra beynəlxalq və yerli təşkilatlarla memorandumlar imzalanıb, birgə əməkdaşlıq çərçivəsində biznes qurumları ilə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, məzunların işlə təminatına dəstəyin verilməsi, kurrikulumların hazırlanması işlərinə başlanıb. Bununla yanaşı, Təhsil Nazirliyi peşə təhsil sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi, əmək bazarında çevik və adekvat təklif verməyə qadir olan ilk peşə-ixtisas təhsil proqramlarının işlənib hazırlanması məqsədilə yeni qurumun yaradılması barədə çxış edib. Bu günlərdə dövlət başçısı Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb".
M.Cabbarov deyib ki, yeni qurum ölkədə ilk peşə-ixtisas təhsili sahəsində yeni idarəetmə modelinin hazırlanmasına peşə hazırlığının səmərəliliyinin artırılmasına, rəqabət qabiliyyətli yüksək ixtisaslı kadrların hazırlanmasına öz töhfəsini verəcək, bu sahədə əsaslı dönüşə imkan yaradacaq.
BAKU.WS
Oxşar xəbərlər
Müəllimlərin əmək haqları yeni qayda ilə hesablanacaq
"Müəllimlərin diaqnostik qiymətləndirilməsi müvafiq qaydaya uyğun olaraq ölkənin digər şəhər və rayonlarında da aparılacaq. Bundan sonra strategiyaya uyğun şəki...