Mikayıl Cabbarov Gülənin adamına Təhsil Nazirliyində vəzifə verdi
Təhsil naziri Mikayıl Cabbarov etdiyi kadr təyinatları ilə cəmiyyəti təəccübləndirməkdə davam edir. Nazir fəaliyyətləri dövründə neqativ baxımdan ad çıxarmış kollec direktorlarının əksəriyyətini işdən çıxara bilmədi, çıxardıqlarını isə başqa kolleclərə direktor təyin etdi. İndi işlərinin yaxşı getmədiyini duyan Mikayıl müəllim Misir Mərdanovun kadrlarından istifadə etmək qərarına gəlib.
Moderator.az-a daxil olan məlumata görə, nazir Qafqaz Universitetində "Təhsil müəssisələri ilə iş şöbəsi”nin müdiri Vidadi Bağırovu Təhsil Nazirliyində sektor müdiri təyin edib. Vidadi Bağırov uzun illər Sumqayıt Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra Qafqaz Universitetində şöbə müdiri vəzifəsini tutan Vidadi Bağırovun bu universitetin rəhbərliyi ilə yaxın münasibətləri olub. Bu da Fətullah Gülənin rəhbərlik etdiyi qurumdakı şəxslərin artıq Təhsil Nazirliyinə də ayaq açmalarından xəbər verir.
BAKU.WS
Oxşar xəbərlər
“Qafqaz” Universiteti bağlandı
"Qafqaz” Universitetinin təsisçisi Azərbaycan Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat ve...