SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda şagirdin döyüldüyü məktəbin direktor vəzifəsinin icrası başqa şəxsə tapşırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

"Bakı şəhəri 112 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Lətifə Mustafayeva həmin məktəbin direktoru vəzifəsi üzrə əmək funksiyalarını müvəqqəti icra edirdi. Məktəbin şagirdləri arasında baş vermiş insident ilə bağlı aparılan araşdırma çərçivəsində məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası digər şəxsə həvalə edilib. Lətifə Mustafayeva həmin məktəbdə direktor müavini vəzifəsini yerinə yetirir", - İdarədən qeyd edilib.

BAKU.WS