Zəngilanın Ağalı kəndində yığılan meyvələr xarici bazarlara çıxarılır
"İndi texnologiyalar daha da inkişaf edib. Müasir intensiv bağçılıq texnologiyaları var".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə söhbəti zamanı deyib.
"Baxın, qonşuluqda yerləşən Ağalı kəndinə (Zəngilan rayonunda Azərbaycanın ilk ağıllı kəndi – Qeyd). Orada böyük bağ salınıb. İndi mənə məlumat verirlər ki, oradan yığılan meyvələri xaricə də satırlar. Ona görə bağçılıq, üzümçülük, taxılçılıq, baramaçılıq, heyvandarlıq dövlətin dəstəyi ilə inkişaf etməlidir", - deyə Dövlət başçısı əlavə edib.
Dövlət başçısı əlavə edib ki, Soltanlıda indi yarımstansiya və aqroparklar açılır: "Müharibə zamanı Soltanlı uğrunda gedən döyüşlər ən şiddətli döyüşlərdən idi. Orada ermənilər güclü istehkamlar qurmuşdular. Soltanlı uğrunda şəhidlərimiz də olub. Ancaq o kəndi biz azad edəndən sonra daha sürətlə irəli getdik. Orada, yəni bax, bu bölgədə, - Arazboyu bölgəsində, - bəlkə də birinci Füzulinin o Qaraxanbəyli kəndi, sonra Mərcanlı idi ki, biz birinci o xətti oradan yarıb keçdik. Sonra ən şiddətli döyüşlər Soltanlıda getmişdi. Bütün bu torpaqlar bizim qəhrəmanlıq simvolumuzdur".
Oxşar xəbərlər
Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq
Sabah Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu ölkəyə 16 vaqon dizel yanacağı göndər...